700 yaşı olan palçıqdan məscid -FOTO/VİDEO

700 yaşı olan palçıqdan məscid -FOTO/VİDEO

-- “Böyük Cənnə” məscidində 50 min adam eyni vaxtda namaz qıla bilər

14-cü əsrə aid dünyanın palçıqdan tikilən ən böyük tikilisi olan “Böyük Cənnə” məscidi öz sadəliyi və möhkəmliyi ilə əsrlər boyu insanları heyran edib. 
 
Maide.Az "Yenişafak" saytına istinadən xəbər verir ki, yüzdən çox sütun üzərində dayanan məscid ildə bir dəfə xalq tərəfindən palçıqla bərpa olunur. 
 
Malinin  “Djenne” şəhərində yerləşən məscid Afrikanın ən maraqlı memarlıq nümunələrindəndir. 
 
Şəhərin mərkəzində yerləşən məscid tarix boyu bir neçə dəfə dağıntılara məruz qalsa da 1907-ci ildə  bugünkü görkəmində  bərpa olunub. 
 
3 minarəsi, 4 əsas sütunu olan tikilinin eni 60 metrdir.  Məscidin daxilində və həyətində 50 min adam eni vaxtda ibadət edə bilər.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru