700 uşağın ölümünə səbəb olan Səudiyyə Ərəbistanı BMT-nin `qara siyahı`sında

700 uşağın ölümünə səbəb olan Səudiyyə Ərəbistanı BMT-nin `qara siyahı`sında

BMT-nin layihə siyahısına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi rəhbərliyi altındakı koalisiya qüvvələri Yəməndə 2016-cı ildə 683 uşağın ölümünə və xəsarət almasına səbəb olub, həmçinin 38 xəstəxana və məktəbi dağıdıb.
 
ABŞ-ın dəstəklədiy koalisiya qüvvələrinin BMT-nin "qara siyahı"sına əlavə olunub olunmayacağı uzun müddət müzakirə mövzusu idi. Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəməndəki insan hüquqları pozuntularına görə keçən il BMT-nin "qara siyahı"sına qısa müddətə salınmışdı, ancaq daha sonra siyahıdan çıxarılmışdı.
 
Dövrün BMT baş katibi Pan Gi Mun çox çətin bir qərar verdiyini, milyonlarla uşağın yardımların kəsilməsindən əziyyət çəkəcəyini və təzyiqlərdən sonra koalisiyanı "qara siyahı"dan çıxarmaq məcburiyyətində qaldığını söyləmişdi.
 
Beynəlxalq qeyri-hökumət təşkilatları isə koalisya qüvvələrinin Yəməndə insan haqları pozuntuları etdiyini və buna görə də, BMT-nin "qara siyahı"sına salınmasını tələb edir.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin 25 mart gecəsi qəfildən Yəmənə qarşı hava hücumuna başlayıblar. Buna səbəb Səudiyyə Ərəbistanının tapşırığı ilə oturub-duran prezident Mənsur Hadiyə qarşı Yəmən xalqının etirazı və bu etirazdan sonra Mənsur Hadinin ölkədən qaçaraq, Səud kralına sığınması idi. (faktxeber)
 

Google+ WhatsApp ok.ru