750 yaşı olan palıd yandı

Yanğın zamanı Polşada ölkənin ən yaşlı ağacı olan 750 illik palıd zərər çəkib. Maide.az "Associated Press"ə istinadən bildirir ki, ilkin versiyaya görə, ağac bilərəkdən yanıdırılıb.
 
Vilanovskidə yerləşən meşənin gözətçisi Jerzy Vilanovski bildirib ki, yanğınsöndürənlər 30 saatdan çox alovun söndürülməsinə çalışıblar. O həmçinin əlavə edib ki, palıd ağacının salamat qalıb-qalmaması yazda məlum olacaq. 
 
Qeyd edək ki, ağac kral Cəsur Boleslavın şərəfinə "Cəsur" ("Chrobry") adlanır. Onun gövdəsinin diametri 10 metr, hündürlüyü isə 28 metrdən çoxdur. Yerli qanunlara görə, qədim palıd ağacının yandırılmasına on il həbs cəzası düşür.

Google+ WhatsApp ok.ru