Şəkər xəstələrinin yaddaşını gücləndirən əvəzedilməz qida 20 Noyabr 2014 02:00 Maraq dünyası Həkimlər orta yaşlı şəkər xəstələrinin yaddaşsızlıq problemi ilə üzləşmələrinin və düşünmə qabiliyyətində azalma riskinin çox olduğunu bildirirlər. Ancaq tayvanlı alimlərin apardıqları tədqiqatlar səhər yeməyi zamanı 1 qram sarıkök qəbul etməyin şəkər xəstələrinin yaddaş problemləri yaşamasının qarşısını aldığını göstərib. Araşdırmada 60 nəfər şəkər xəstəsi iştirak edib. Araşdırmanın nəticələri "Asia Pacific Journal of Clinical Nutrition" jurnalında yayımlanıb. Alimlər şəkər xəstələrinin hər səhər 1 qram sarıkökü müxtəlif qidaların tərkibinə əlavə edərək yeməyi məsləhət görürlər. Şəkər xəstəliyindən əziyyət çəkməyənlər də yaddaşlarını gücləndirmək üçün bu ədviyyatdan istifadə edə bilərlər. maide.az/ Teqlər : #Şəkər xəstələrinin yaddaşını gücləndirən əvəzedilməz qida, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2014-cü ilin ən maraqlı selfiləri 750 yaşı olan palıd yandı