7 rayonun su problemi nə vaxt həll olacaq?

7 rayonun su problemi nə vaxt həll olacaq?

"Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır. 24 saat su alan ərazilərdə qoyulan məhdudiyyət həftə sonu aradan qaldırılacaq”.
 
Maide.Az bildirir ki, Bunu Publika.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
Onun sözlərinə görə, təmir işləri sabah yekunlaşsa da, kəmərin su ilə doldurulması 3-4 gün ərzində mümkün olacaq:
 
“Paytaxtı su ilə təmin edən kəmərdə sızma baş verdiyindən su verilişində məhdudiyyət yaranıb. 24 saat su ilə təmin olunan ərazilərdə  bu gündən su qrafiklə veriləcək. Bununla da əhalinin su ilə təminatı həyata keçirilmiş olacaq. Təmin işləri və kəmərin doldurulmasına bir neçə gün vaxt lazım olduğundan 24 saatlıq təminatın həftə sonu bərpa edilməsi gözlənilir”.
 
Qeyd edək ki, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.
 

Google+ WhatsApp ok.ru