Arif Hacılı: “Hakimiyyət konstitusiyada yenə də neqativ dəyişikliklərə hazırlaşır”

Arif Hacılı: “Hakimiyyət konstitusiyada yenə də neqativ dəyişikliklərə hazırlaşır”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini, rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq; 35 yaş senzi aradan qaldırılır; prezident mühüm dəyişiklikləri ehtiva edən sərəncam imzaladı.

 

Müsavat partiyası başqanı Arif Hacılı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan hakimiyyəti istər qanunvericilikdə, istərsə də konstitusiyada zaman-zaman dəyişikliklər edir: “Təəssüflər olsun ki, konstitusiyaya edilən dəyişikliklər bir qayda olaraq neqativ dəyişikliklər olur. Azərbaycan konstitusiyasına son dəyişikliklər 2009-cu ildə edilib. Həmin dəyişiklik vaxtı demokratiyanın əsas prinsipləri olan bir müddəa 1 nəfərin 2-dəfədən artıq prezident seçilməsinə qoyulan qadağa ləğv edildi. İndi də aldığımız ilkin məlumatlardan, tanış olduğumuz layihədən bəlli olur ki, hakimiyyət yenə də neqativ dəyişikliklərə hazırlaşır. Müsavat Partiyası bu məsələyə çox ciddi yanaşır. Bu səbəblə də bu gün saat 12:00-da Müsavat partiyasının növbədənkənar Divanını iclasını çağırmışam. Bu məsələni müzakirə edərək Müsavat partiyasının məsələ ilə bağlı mövqeyini və bu barədə qəbul etdiyi qərarları ictimailəşdirəcəyik”.

 

Google+ WhatsApp ok.ru