96 saylı marşrutda sürücülərin plan davası

Dünən Bakıda 96 saylı marşrutun avtobus sürücüləri gündəlik planın 10 manat artırılmasına etiraz olaraq günortaya qədər işləməyiblər. Bu marşrut üzrə avtobuslar Füzuli meydanından Beynəlxalq Avtovağzala hərəkət edir. Sürücülərin istəyi planın aşağı salınması olub.
 
Bundan əvvəl də 96 saylı marşrutun sürücüləri hərəkət istiqamətlərinin birtərəfli dəyişməsinə etiraz əlaməti olaraq işləməkdən imtina etmişdilər.
 
Nəqliyyat Nazirliyinin “Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, problem həll olunub: “Hazırda 96 saylı marşurutda fəaliyyət göstərən avtobus sürücüləri iş başındadır, heç bir narazılıq da yoxdur”.
 
“Razılıq necə əldə olundu, sürücülərin istəyi yerinə yetirildimi” sualına isə şöbə müdiri konkret cavab verməyib.

Google+ WhatsApp ok.ru