Əl-Qaidənin keçmiş rəhbərindən İŞİD-lə bağlı ŞOK açıqlama

Ben Laden və Əymən Əz-Zəvahiriyə yaxınlığı ilə tanınan Misirin Əl-Cihad təşkilatının rəhbəri, Əl-Məyadin kanalına verdiyi müsahibə maraqlı faktlar açıqlayıb.

Misirin Əl-Cihad təşkilatının rəhbəri Nəbil Nəim əvvəllər Əfqanıstanda Ben Laden və Əymən Əz-Zəvahiri ilə birlikdə olub və Əl-Qaidəinin əməliyyatlarında iştirak edib.

Maide.az-ın verdiyi məlumata görə, Nəbil Nəim telekanala verdiyi müsahibə zamanı bildirib ki, mən Əl-Qaidədən ayrılmadım. Onlar həqiqi yoldan üz döndərdilər. Əfqanıstanda olarkən Əl-Qaidə müsəlmanları qorumalı idi. Amma sonradan müsəlmanları öldürməyə başladılar və beləliklə təkfirçi oldular. Əl-Qaidəçilər o zaman mövqeyimə görə məni qruplaşmadan uzaqlaşdırıb, öldürmək istəyirdilər. Amma Əl-Qaidənin təsisçilərindən olduğuma görə bunu etmədilər.

Nəbil Nəim İŞİD-lə bağlı açıqlamasında bildirib ki, İŞİD 2006-cı ildə yaranıb, amma Əl-Qaidə 1989-cu ildə fəaliyyətə başlayıb. İŞİD Əl-Qaidədən yaranmayıb, amma onların yolun gedirlər.

İŞİD rəhbəri Əbubəkr Əl-Bağdadi Amerikanın nökəridir. O, Əymən Əz-Zəvahiridən ona qoşulmasını istədi. Özünü haq bilir, İraq və Suriyanı azad etmək xülyasındadır. Zəvahiri onun dəvətini qəbul etmədi və onlar arasında müharibə başladı.

Əbubəkr Əl-Bağdadi zindanda idi. Amerika onu azad etdi və 30 milyona yaxın pul verdi ki, ordu, silah təchizatına xərcləsin.

İŞİD-in ilk təlim bazası İordaniyada yaradılıb. Bu baza əvvəllər Amerikanın olub. Onların ixtiyarında olan silah-sursatda Amerikanındır. İŞİD-in yaralanan döyüşçüləri İsraildə müalicə olunurlar. Məndə olan məlumatlara görə, Ən-Nüsra və İŞİD-dən olan 1500 yaralı döyüşçü Təl-Əvivdə xəstəxanada yerləşdirilib.

Nəbil İŞİD-in Suriyadan İraqa keçməsi barədə deyib ki, İŞİD İraqda təsis və İbrahim Əbubəkr Əl-Bəğdadi iraqlıdır. İordaniyadakı təlim bazasından Suriyaya keçdilər və ordakı acı məğlubiyyətdən sonra yenidən İraqa qayıtdılar. Amma İraqda baş verənlər İŞİD-in təsir qüvvəsi deyil, burada böyük qüvvələr var. İŞİD Samirraya hücum edən zaman mindən çox sünni öldürdü. İndi isə şiələri öldürürlər. Bu Amerikanın siyasətidir. Kissincerin "Yüz illik müharibə" nəzəriyyəsi var. Bu həmən müharibədir ki, sünni və şiə arasında salmağa çalışırlar. Necə ola bilər ki, İŞİD indiyə qədər bir amerikalı öldürməyib, başını kəsməyib. Ancaq müsəlmanları öldürürlər. Onlar dini tanımayıblar bə özlərindən başqa hamını rədd edirlər.

İŞİD-in gələcəyi barədə danışan Nəbil Nəim bildirib ki, cavanlar İŞİD-in ideologiyasına aldanıb onlara qoşulsa, onların güclənmə ehtimalı var. Böyük dövlətlərin güclü orduya ehtiyacı yoxdur. Onların Əl-Qaidə və İŞİD kimi muzdurlara ehtiyacları var ki, verdikləri sifarişləri lazımi şəkildə yerinə yetirsinlər. Hazırda  Əl-Qaidə və İŞİD Amerikanın xeyrinə vuruşurlar. Tarixdə o şəxslər ki İmam Əlini və İmam Hüseyni öldürdülər və sonra dedilər ki, bizdə müsəlmanıq.  Əl-Qaidə və İŞİD-də onların fikri davamçılarıdırlar. İŞİD Suriyada Bəşər Əsədlə vuruşdu, amma İsrailə tərəf bir dənə güllə atmadılar. Onlar düşünürlər ki, dindən çıxmışla müharibə etmək kafirlə müharibə etməkdən daha üstündür.

Əhməd Əl-Cərba İŞİD-in əməliyyatlarını Paris və Londondan idarə edir. Amerika isə onlara silah verir sonra isə deyir ki, bu silahlar qeyri qanuni yolla onların əlinə keçib.

İŞİD-in məqsədi budur ki, İraqda müqəddəs şəhərlərə hücum edə və bununlada İranı müharibə meydanına cəlb edə. Beləliklə İran və Ərəbistan arasında müharibə davam edərkən İŞİD-in arxasındakı ölkələr öz məkrli məqsədlərinə nail olalar.

Google+ WhatsApp ok.ru