Əsgərimizi vurdular 03 İyul 2014 01:00 Hərb Erməni hərbi birləşmələri növbəti dəfə atəşkəsi pozdu Hərb Erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində əsgərimiz yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, ötən gün erməni tərəfinin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü, Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb. Əsgərin vəziyyəti kafidir. Xatırladaq ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozublar. Atəşkəs Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən pozulub. Teqlər : #Əsgərimizi vurdular, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyində nizamnamədən kənar hadisələr təhlil edilib Zakir Həsənov Qazaxıstana getdi
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'