Əlibəyli iri çaplı silahlardan gülləbaran edildi

Tovuz rayonunun Əlibəyli kəndi səhər saat 4-ə qədər düşmənin intensiv atəşinə məruz qalıb.

Axar.az-ın kənd sakinlərinə istinadən verdiyi xəbərə görə, ermənilər iri çaplı silahlardan istifadə ediblər.

Qeyd edilir ki, son günlər təmas xəttində baş verən gərginlik Əlibəyli kəndində də hiss olunmaqdadır. Kənddəki evlərin dam örtüklərinə zərər dəyib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, düşmən həmlələrinin qarşısı Azərbaycan Milli Ordusunun əsgərləri tərəfindən alınıb.  /

Google+ WhatsApp ok.ru