Sabah havanın temperaturu Bakıda 37, Azərbaycanın bəzi rayonlarında isə 39 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz  40-50 faiz təşkil edəcək.
 
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda  şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.  Mülayim cənub-şərq  küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 

Google+ WhatsApp ok.ru