“Dübəndi” neftaşırma sahəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft kəmərləri idarəsinin “Dübəndi” neftaşırma sahəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumat görə, avqustun 19-da “Dübəndi” neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında işləyən “İlqar-NNT” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Fərid Həsənov RVS-5000 tipli çəndə təmizləmə işləri apararkən ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində keçinib.
Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.

Google+ WhatsApp ok.ru