Ərdoğana yaxın kanalda Azərbaycandakı nurçulardan danışıldı

Elnur Aslanov, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Fazil Mustafa və SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şəbəkənin ən fəal üzvləridir?
 
Türkiyənin AKP-yə yaxın “A Haber” telekanalında bir proqrama qatılan azərbaycanlı jurnalist Aqil Ələsgər Azərbaycandakı “Gülən camaatı” tərəfdarlarından bir neçəsinin adını açıqlayıb. Azpolitika.info-nun məlumatına görə, jurnalist bildirib ki,deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Rəbiyyat Aslanova, Ceyhun Osmanlı və Elnur Aslanov bu şəbəkənin fəal üzvləridir.
 
Aqil Ələsgərin sözlərinə görə, Azərbaycanda “Paralel Dövlət”in maliyyə mənbəyi SOCAR, SOCAR-da isə bu şəbəkənin dayağı vitse-prezident Xaliq Məmmədovdur. Jurnalist xatırladıb ki, SOCAR-ın Türkiyə təmsilçisi Xalik Məmmədovun oğludur.
 
Deputat Fazil Mustafa Türkiyə televiziyalarının birində “Paralel dövlət”lə bağlı efirə gedən verilişlərdə adının hallanmasına sərt reaksiya verib. Deputat bu barədə şəxsi facebook səhifəsində yazıb: “Dostlardan biri zəng edib bildirdi ki, dünən Türkiyənin Kanal A kanalın bir proqramında iştirak edən Ələsgər soyadında Azərbaycandan olan bir ”ilahiyyatçı" Türkiyədə məşhur bir ifadə olan “Paralel Yapı” mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adımı çəkib. Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir yapını dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm".

Google+ WhatsApp ok.ru