Ayətullah Xamenei əməliyyat olunub (FOTO)

Bu gün səhər İranın Ali lideri əməliyyat olunub.
 
İran mediasının verdiyi xəbərə görə, Ayətullah Xamenei bu gün səhər saatlarında əməliyyat olunmaq üçün Tehran Dövlət Xəstəxanasına yerləşdirilib.
 
Ayətullah Xamenei əməliyyatdan öncə dövlət telekanalına açıqlama verib: "Mən hazırda əməliyyat olunmaq üçün xəstəxanaya gedirəm. Nigarançılığa səbəb yoxdur. Lakin bu o demək deyil ki, məni dua etməyəsiniz. Sadə əməliyyat olsa da, məni dua etməyi sizdən istəyirəm. Allahın izni ilə onun lütfü halımıza şamil olacaq və işlər gözəl davam edəcək."
 

Əməliyyat uğurla keçib.

İranın ali dini liderinin 75 yaşı var və o, 25 ildir ölkəyə rəhbərlik edir. 1981-1989-cu illərdə Ayətullah Xamneyi İran Prezidentinin səlahiyyətlərini icra edib.

 

Google+ WhatsApp ok.ru