Şəmkirin icra başçısından şikayət: “Salonumu qanunsuz sökdürüb”

Şəmkir rayonunun Həzi Aslanov küçəsi ev 82 ünvanında yaşayan Əmiri Alanaq Seyranə Oruc qızı “Qafqazinfo” ya müraciət edib.
 
Müraciətdə bildirilir ki, şikayətçiyə məxsus - Cahangir Rüstəmov küçəsində yerləşən 49 kv.m ölçüsü olan qadın salonu İcra başçısı Nazim Veyisov tərəfindən qanunsuz olaraq dağıdılıb.
 
S. Orucqızı qeyd edib ki, abadlıq işi adı altında aparılan bu talançılığın məqsədi həmin ərazidə olan marketin sahəsinin böyüdülməsidir: “Market başçının özünə məxsusdur. Mənə başqa yerdən torpaq sahəsi versələr də, dağıdılmış salonun burada tikilməsinə kömək edilmir. Söküntüyə başlamamışdan əvvəl tikiləcəyi ilə bağlı razılıq əldə olunmuşdu.
 
İcra başçısı Nazim Veyisovun qəbulunda olanda məni kobud söyüşlərlə söyərək təhqir etdi. Dedi ki, hara istəyirsən şikayət et, onsuz da şikayətlər icra olunması üçün bura gələcək,mən də sənə salon tikən deyiləm.
 
O bir ildən çoxdur ki, ailəmizi işsiz, çörəksiz qoyub”.
 
Şikayətçi sayt vasitəsilə ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. O, birinci xanımdan onun qanuni əmlakını dağıtdıran icra başçsı barədə tədbir görülməsinə köməklik göstərilməsini xahiş edib.

Google+ WhatsApp ok.ru