Əl-Əzhər Universiteti dekanı: İslam ümmətinin əsl bəlası vəhhabilərdir

Əl-Əzhər Universiteti Fiqhi Mukarin Fakültəsinin dekanı Dr.Əhməd Mahmud Kərimə bildirib ki, qarşıdurmaları qızışdıran və yayan bir cərəyan olduğuna diqqət çəkərək belə danışıb: "Əslində, vəhhabi olan cihadçı sələfilər İslam ümmətinin başındakı əsl müsibəti təşkil edir. Həm şiə üləması, həm də sünni üləması vəhdətlə hərəkət etməli və bu axına qarşı ciddi şəkildə mübarizəyə girişməlidirlər."
 
Maide.az-ın məlumatına görə, Dr.Mahmud Kərimə sözlərinə belə davam edib: "Mən təkfirçiliyə qarşıyam və bunu hər platformada ifadə etməkdən də çəkinmirəm. Təkfirçiliklə mübarizə mövzusunda bir çox kitab yazdım. "əl-Cihad fil-İslam", "İslamın bilə Firak", "Fikhussalam fil-İslam", "Fitnət'u't-Təkfir" və "Hurmətu't-Təkfir" bunlardan bəziləridir."
 
Dr.Kərimə İslam ümmətinin içində olduğu çətin günlərdən ancaq İslami vəhdətin təmin edilməsiylə xilas ola biləcəyini söyləyib və belə danışıb: "İslami vəhdətin təmin edilməsi üçün isə buna maneə törədən faktorlar ortadan qaldırılmalıdır. Şiələrin sünni olması və ya sünnilərin şiə olmasını gözləmək doğru deyil, amma şiələrin sünnilərə, sünnilərin də şiələrə hörmət etməsi lazım olduğu şüurunu yaratmaq lazımdır. Əgər bu şüur yaranarsa, vəhdət təmin edilər. Ancaq təkfirçilik zehniyyəti bu şüurun yaranmasının önündəki ən böyük maneədir. İslam üləması bu maneni ortadan qaldırma nöqtəsində birləşməlidirlər."

Google+ WhatsApp ok.ru