Elnur Aslanovun vəzifəsi dəyişdirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çevirilməsilə əlaqədar bu qurumda bəzi şöbələrin də adları dəyişdirilib.
 
Nazirliyin adları dəyişən şöbələrindən biri də Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsidir.
 
Qeyd edək ki, hazırda bu şöbəyə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov rəhbərlik edir. Sözügedən dəyişiklikdən sonra Elnur Aslanov nazirliyin Elektron idarəçiliyin inkişafı şöbəsinə rəhbərlik edir.
 
Elektron idarəçiliyin inkişafı şöbəsi 2005-ci ildə yaradılıb. Şöbə rabitə və (telekommunikasiya poçt) və informasiya texnologiyaları sahəsində dövlət elmi-texniki siyasəti formalaşdıran, (təkliflər hazırlayan) həyata keçirən, rabitə və informasiya texnologiyalarının elmi inkişafının təmin edilməsində iştirak edən struktur tərkibi kimi fəaliyyət göstərir. 
 
Şöbə müdiri həmin vəzifəyə nazirin əmri ilə təyin edilir və vəzifədən azad edilir. 
 
Elnur Aslanovun tabeliyində hazırda 6 nəfər çalışır. E.Aslanovun adı nurçular dini cərəyanının rəhbəri Fətullah Gülən tərəfdarlarının Azərbaycandakı nümayəndələrindən biri olaraq hallandırılır. Onun Prezident Administrasiyasından uzaqlaşdırılması da bununla əlaqədardır(modern.az).

Google+ WhatsApp ok.ru