Əfqanıstanda yeni prezident seçildi - Əşrəf Qəni Əhmədzay 22 Sentyabr 2014 01:00 Dünya Sentyabrın 21-də Əfqanıstanında prezident seçkilərinin qalibi rəsmən elan edilib. Modern.az saytı xarixi KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni prezidenti Əşrəf Qəni Əhmədzay seçilib. Əşrəf Əhmədzay seçicilərin 55,27 faizinin, onun rəqibi Abdulla Abdulla isə 44,73 faizinin səsini toplayıb. Bu gün namizədlər hakimiyyətin bölünməsinə dair müqavilə imzalayıblar. Belə ki, Əşrəf Qəni Əhmədzay dövlət başçısı postunu tutub. Onun rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla hələlik ölkədə mövcud olmayan baş nazir vəzifəsi alıb. Bu planın reallaşması üçün prezident yeni vəzifəsində işə ölkə Konstitusiyasında Nazirlər Kabinetinin başçısı postunun tətbiqini nəzərdə tutan dəyişikliklə başlayacaq. Yeni prezidentin andiçmə mərasimi sentyabrın 29-da keçiriləcək. / Teqlər : #Əfqanıstanda yeni prezident seçildi Əşrəf Qəni Əhmədzay, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Sistaninin nümayəndəsindən sərt xəbərdarlıq Kerrydən İran açıqlaması
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO