“Leyla Yunus kor ola bilər”

`Hazırkı əlamətlərə görə, onun başında şiş əmələ gəlib`

Vəkil Elçin Qəmbərov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəziyyətinin ağır olduğunu bildirib.

 

Sentyabrın 25-də Leyla Yunusla görüşən vəkil Azadlıq Radiosuna bildirib ki, aldığı zərbələrdən hüquq müdafiəçisinin başında şiddətli ağrılar əmələ gəlib.

 

“Mənimlə danışanda tez-tez yaddaşını itirirdi. Bir neçə cümlə deyib, bir müddət gözləyirdi. Deyirdi ki, təcridxananın əməkdaşı Fəqan Yaqubov onun başına iki dəfə qüvvətli zərbə endirib. Bundan sonra baş verənləri isə xatırlamır. Döyülməsindən iki gün keçməsinə baxmayaraq, başında ağrıları getdikcə şiddətlənir. Hazırkı əlamətlərə görə, onun başında gematoma əmələ gəlib. Leyla xanım bu yaxınlarda hər iki gözündən əməliyyat olunub. Bu zərbələrdən sonra onun kor olma ehtimalı böyükdür. Beynəlxalq qurumlar hər dəfə Azərbaycan hakimiyyətinin tənqid edəndə, bunun qisasını Leyla Yunusdan alırlar”,-deyə Elçin Qəmbərov fikrini tamamlayıb.

 

Sentyabrın 24-də Leyla Yunusun vəkilləri açıqlama yayaraq, Leyla Yunusun təcridxanada döyülməsi və digər təzyiqlərlə üzləşdiyini bildirmişdilər./

Google+ WhatsApp ok.ru