Araz Quliyevin işi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət ediləcək

Yaxın vaxtlarda Araz Quliyevin işi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edəcəyik 
 

Vəkil Zaman Səmədov 8 il şərlənərək həbs edilmiş (Xeber44.com) Cenubnews.com İnternet Qəzetinin təsisçi-baş redaktoru Araz Quliyevlə görüşüb.

Vəkil Z.Səmədov 
cenubnews İnternet Qəzetinə bildirdi ki,"bu gün 14 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Araz Quliyevlə görüşdüm.Araz Quliyev mənə bildirdi ki,səhhəti normaldır, özünü yaxşı hiss edir.Onu tanıyan hər kəsə salamı var. Araz Quliyev 3 aylıq "kars"a salınıb və cəzası oktyabr ayının 16 da bitəcək.Yaxın vaxtlarda Araz Quliyevin işi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edəcəyik".

Xatırladaq ki, Araz Quliyev və digər yeddi nəfər 2012-ci ilin sentyabr ayının 8-də şərlənərək Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs ediliblər. Sonradan təqsirləndirilənlərə yeni ittihamlar verilib.

Qeyd edək ki,Quliyev Araz Faiq oğlu Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” maddələri ilə ittiham olunur.

 

Google+ WhatsApp ok.ru