əl-Qəssam: `Son müharibədəki sürprizlərdən bəzilərini yaxında açıqlayacağıq`

Həmas İslami Müqavimət Hərəkətının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları məğlub olmuş düşmənə sürpriz gələn və onu şoka salan bir çox əməliyyatın olduğunu, bunlardan bəzilərini yaxın zamanlarda açıqlayacaqlarını deyiblər.
 
Maide.az-ın məlumatına görə, Qəzzanın şimalındakı "ər-Ridvan" birliyinin tərkibində şəhid olanlar üçün təşkil edilən tədbirdə danışma İzzəddin əl-Qəssam Briqadalarının mətbuat katibi Əbu Həmzə əl-Qəssam Briqadalarının düşməni müqavimətin şərtlərini qəbul etdirəcək kartlara sahib olduğunu söyləyib.
 
Əbu Həmzə son döyüşün bütün Fələstin torpaqlarını işğaldan qurtarmaq üçün olacaq döyüşlərdə qazanacaqları zəfərlərin qapısını araladığını deyib.

Google+ WhatsApp ok.ru