Ərəbistanda hər saatda 3 boşanma olur

Ərəbistanda ailə işləri məsləhətçiliyi edən bir təşkilat bu ölkədəki hər beş evlilikdən birinin boşanmayla nəticələndiyini bildirib.
 
Maide.az-ın məlumatına görə, "əl-Yəvm" qəzeti yazır ki, hər gün Ərəbistanda 81 boşanma qərarı verilir. Bu rəqəm hər saatda üç boşanma hadisəsinin reallaşdığını göstərir.
 
Xəbərdə Ərəbistanda həyata keçirilən hər beş evlilikdən birinin boşanmayla nəticələndiyi bildirilir. Al-Umran şəhərində yerləşən ailə məsləhətləşmə mərkəzinə edilən 142 boşanma müraciətindən 81-i telefonla, 62-si isə birbaşa şəkildə bu mərkəzdə reallaşıb.
 
Ərəbistanda ictimai xəstəliyə çevrilən bu vəziyyətin səbəbləri və müalicəsi üçün səlahiyyətli təşkilatlar hərəkətə keçib. 

Google+ WhatsApp ok.ru