Ərəbistanlı qadınlar 26 oktyabrda kütləvi aksiyaya hazırlaşırlar

Ərəbistan Daxili İşlər Nazirliyi verdiyi açıqlamada ölkədə qadınların avtomobil istifadə etmək qadağasına etiraz üçün 26 oktyabrda sükan başına keçərək prospektləri işğal etməyə hazırlaşdıqlarına diqqət çəkib və xəbərdarlıq edib.
 
Maide.az xəbər verir ki, ərəbistanlı fəallar məmurların xəbərdarlıqlarını ciddi qəbul etmədən bu ölkədəki qadınları sükan başına keçməyə və Ərəbistan prospektlərini işğal etməyə çağırırlar. Sosial şəbəkələrdə edilən çağırışlarda maşın istifadə edən qadınların video görünütülərinə yer verilib və 26 oktyabr gününü qadın sürücülərin prospektləri bəzəyəcəyi möhtəşəm bir anım günü olacağından danışılır.
 
Ərəbistan Daxili İşlər Nazirliyinin mətbuat katibi general Mənsur Turki bu mövzuda belə deyib: "Qadınların bu ölkədə maşın sürməsi qadağandır. Bu qanunun əksinə gedən qadınlara da lazımlı qanuni cəza veriləcək. Burada bəzi mənfəətçi dairələr var və onlar qadınların haqqlarını bəhanə edərək, ictimai nizamı zəiflətməyə və bulanıq suda balıq ovlamağa çalışmaqdadırlar. Amma biz əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, İslam qadınlara msşın sürməyi qadağan etmir. Amma Səud rejimi bütün sahələrdə olduğu kimi, burada da qadınların hüquqlarını tamamilə tapdalayırlar.

Google+ WhatsApp ok.ru