“Helikopteri ruslar vurub”

Ağdam üzərində helikopteri Azərbaycan yox, ruslar vurub”. 
 
Maide.az xəbər verir ki, bu fikri Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün 1988-ci ildə yaradılmış “Qarabağ” komitəsinin liderlərindən biri Aşot Manuçaryanın “Tert.am”a verdiyi müsahibəsini şərh edən erməni jürnalistlər irəli sürüb. 
 
Manuçaryan Rusiyanın Azərbaycana silah satmasının Ermənistan üçün qorxulu olmadığını deyib: “Rusiyanın Azərbaycana satdığı silahlar koda malikdir. Əgər Bakı həmin raketləri Ermənistan tərəfə atmaq istəsə, Rusiya mane olacaq”. 
 
Bu fikir erməni jurnalistlərin müxtəlif şərhlər etməsinə imkan yaradıb. “Faktiki olaraq, Aşot Manuçaryan bu günlərdə Qarabağda vurulmuş erməni helikopteri ilə bağlı insidentin üstünü açıb. Helikopterin vurulduğu raket Rusiya istehsalıdır və həqiqətən koda malikdir. Rusiya siyasətini yaxşı bilən Aşot Manuçaryan faktiki olaraq bəyan edir ki, Ermənistan helikopterinin vurulmasının arxasında Rusiya durur”, - deyə Ermənistanın xəbər portalı “Lragir” bildirir. 

Google+ WhatsApp ok.ru