Əksəriyyəti Türkiyə vətəndaşı olan 25 İŞİD terrorçusu öldürülüb

Bölgədəki mənbələrdən verilən məlumata görə, YPG və Peşmərgə qüvvələrinin 30 sentyabr tarixində keçirdikləri birgə əməliyyat nəticəsində İŞİD-in əlindən alınan və Suriya sərhədində yerləşən Mosulun Rabia rayonuna bu gün saat 05.00 radələrində yenidən İŞİD üzvləri tərəfindən hücum təşkil olunub. 
Maide.az xəbər verir ki, Mosuldan gələn İŞİD üzvlərinin Rabia girişində yerləşən 2 peşmərgə nöqtəsinə daxil olub. Təşkil olunan hücumda 7-sinin başı kəsilən 15 peşmərgə öldürülüb. İŞİD-in əlinə keçən 2 nöqtəyə daha sonra peşmərgə qüvvələri hücum təşkil edib. Nöqtələrdən biri geri alınıb.
 
Qeyd edək ki, Mosulun Rabia rayonu İŞİD-in Suriya və İraq arasında olan ən mühüm maddi-texniki nəqliyyat xətti kimi tanınır. Avqust ayında İŞİD-in əlinə keçən Rabia, havadan dəstəklə keçirilən əməliyyat nəticəsində Peşmərgə və YPG qüvvələrinin nəzarətinə keçmişdi.
 
Mosul su anbarı yaxınlığında İŞİD-in əlində olan bir kəndə Peşmərgə xüsusi qüvvələri tərəfindən dünən əməliyyat keçirilib. Regiondakı təhlükəsizlik mənbələri əksəriyyəti Türkiyə vətəndaşı olan 25 İŞİD terrorçusunun ölü olaraq ələ keçirildiyini bildirib. Öldürülən terrorçuların şəxsiyyət məlumatları Türkiyə tərəfinə bildirildikdən sonra ictimaiyyətə açıqlanacağı deyilir.

Google+ WhatsApp ok.ru