“Facebook” iş adamları üçün xüsusi şəbəkə yaradıb

Facebook şirkəti yalnız işgüzar ünsiyyət üçün nəzərdə tutulmuş yeni sosial şəbəkə yaradıb.
 
"Facebook at Work" adi Facebook şəbəkəsinə bənzəsə də, istifadəçilər burada biri sosial, digəri isə peşəkar iki akkaunta sahib olacaqlar. Onlar yeni peşəkar şəbəkədə həmkarları ilə ünsiyyət qura, əlaqələr yarada və sənədləri paylaşa biləcəklər.
 
Şirkətin işçiləri artıq yeni şəbəkədən istifadə etməyə başlayıblar. Şəbəkənin yaradıcıları onun Google Drive, Microsoft Office və Linkedin kimi nüfuzlu peşəkar kommunikasiyalarla rəqabət apara biləcəyinə inanırlar. 2003-cü ildə yaradılan Linkedin hazırda ən iri peşəkar şəbəkədir. Bu şəbəkənin 200-dən çox ölkədə 332 milyon üzvü var.
 
Sentyabr ayına olan məlumata görə, Facebook kompaniyasının aktiv üzvlərinin sayı 1,35 milyarda çatır. Bəzi şirkət sahibləri iş yerlərində sosial şəbəkələrdən istifadəyə skeptik yanaşır, bir çoxu isə iş vaxtı onu ümumiyyətlə qadağan edirlər. Onların fikrincə, sosial şəbəkələrdən istifadə edən əməkdaşlar vaxtlarını iş keyfiyyətinin yüksəldilməsinə deyil, profillərinin yaxşılaşdırmasına sərf edirlər. ailem.az/

Google+ WhatsApp ok.ru