Gözlər barədə bilmədiyimiz 13 maraqlı FAKT

Gözlər  insan orqanizminin ən təsirli və cazibədar hissələrindən biridir.

Ona bəzən qəlbin aynası da deyirlər, haqqında şeirlər yazılıb, mahnılar bəstələnib. Lakin bizlərin gözlər haqqında nə qədər məlumatımız var?

Kosmosda ağlamaq mümkündürmü, kimlər çəpgözlüyü cazibədarlıq hesab edirdilər...

Gözlər haqqında bu və digər mədlumatları Sizlərə təqdim edirik.

1. Qonur gözlər əslində mavi rəngdədir, sadəcə  qəhvəyi piqmentlərlə örtülü olur. Hətta qonur gözləri ömürlük maviyə çevirəcək xüsusi  lazer proseduru da var.

2. Kişilərin 1/12-i daltonikdir.

3. Gözlər ömür boyu eyni ölçüdə qalır, burun və qulaq isə inkişaf etməkdən dayanmır.

4. İnsan gözü 3 spektrı – qırmızı, göy və yılı qəbul edir. Qalanları bu rənglərin qarışığından alınır.

5. Gözün buynuz təbəqəsi  köpək balığınkına o qədər bənzəyir ki, sonunculardan  bəzən  göz əməliyyatlarında əvəzedici kimi istifadə olunur.

6. Orta hesabla biz ömür boyu 24 milyon müxtəlif təsvirləri görürük.

7. Gözlər hər saatda beyni çoxlu sayda informasiya ötürür. Bu kanalın ötürücü  xüsusiyyətini nəhəng şəhərlərin internet provayderləri ilə müqayisə etmək olar

8. Gözlərimiz saniyədə 50 predmetə fokuslanır.

9. Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən  onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər.?

Kosmosda ağlamaq mümkündürmü, kimlər çəpgözlüyü cazibədarlıq hesab edirdilər...

10. Adi göz testi ilə 98,3 faiz şizofrenliyi müəyyən etmək olar.

11. İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.

12. Təqribən 2 faiz qadında gözlərin genetik mutasiyası nəticəsində 100 milyon rəng görə bilirlər.

13. Kosmonavtlar qravitasiyaya görə  kosmosda ağlaya bilmirlər. Çünki göz yaşları kiçik diyircəyə çevrilir və gözü göynədir. faktxeber /

 

Google+ WhatsApp ok.ru