“Azərneftyağ” bağlanır: 2300 nəfərin taleyi necə olacaq?

“2015-ci ilin yanvarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərneftyağ” Neft Emalı Zavodunun istismarının dayandırılması prosesi başlayır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə öz Feysbuk səhifəsində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib. Onun sözlərinə görə, artıq ARDNŞ prezidenti zavodla bağlı müvafiq tapşırıqlar verib:
“Aldığımız məlumata görə, zavodun işçilərinin müəyyən hissəsi ixtisar olunacaq, bəzi mütəxəssislər isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işlə təmin olunacaq. Hazırda “Azərneftyağ” Neft Emalı Zavodunda çalışan işçilərin sayı 2300 nəfərdir. Aldığımız məlumata görə, bununla əlaqədar ARDNŞ prezidentinin əmri də var”.
Qeyd edək ki, bu ilin noyabrında ARDNŞ prezidenti Rövnəq Abdullayev zavodun yaxın 2-3 ildə istismarının dayandırılacağını, bitum və müəyyən yağ istehsalının isə Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcəyini açıqlamışdı./

 

Google+ WhatsApp ok.ru