Ölkədə neçə nəfər işləmir?

Dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub.
 
Maide.az-ın məlumatına görə, onların 39,6 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 282,6 manat olub.
 
Ümumiyyətlə, dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4835 min nəfər olub. Onlardan 4596,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
 
Cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1507,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 623,8 min nəfər təşkil edib.  İqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1471 min nəfər çalışıb.  Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463,2 min nəfər təşkil edib. Publika.az  /

Google+ WhatsApp ok.ru