Ərdoğandan sığınacaq alan şəxs terrorçulara dəstək verir

Maide.az xəbər verir ki, Beynəlxalq Sülh və Təhlükəsizlik Parlamentinin nümayəndəsi əllərində Türkiyəyə qaçaraq Ərdoğan hökumətindən sığınacaq alan İraqın keçmiş vitse-prezidenti Tarik Haşiminin iraqlı və türkiyəli gənclər arasından terrorçu hazırladığını və İŞİD cərgələrinə qoşulmaq üçün İraq və Suriyaya göndərdiyini göstərən dəlil və sənəd olduğunu açıqlayıb.
 
Sözügedən nümayəndə bildirib ki, bu vəziyyət Haşiminin İŞİD terror təşkilatına birbaşa göstərdiyi maliyyə yardımlarından əlavədir.
 
Nümayəndə Haşiminin hər nə bahasına olursa-olsun regionu etibarsız hala gətirmək istədiyini və buna görə də terrorçuları dəstəklədiyini qeyd edib.

Google+ WhatsApp ok.ru