Ərəb Birliyi Qahirədə Liviya üçün toplaşdı

Misirin paytaxtı Qahirədəki mərkəzində toplaşan Ərəb Ölkələrinin Daimi nümayəndələrinin Liviyadakı son prosesləri müzakirə edəcəyi bildirilib.
 
Maide.az xəbər verir ki, Ərəb Birliyinin baş katibi Nəbil Ərəbinin də iştirak edəcəyi sessiyaya Küveytin sədrlik edəcəyi qeyd olunur.
 
Birliyin baş katibinin müavini Əhməd bin Hilli təcili görüş tələbinin Liviya daimi nümayəndəsi Aşur Buraşid tərəfindən gəldiyini söyləyib.
 
Xatırladaq ki, inqilabdan sonra siyasi sabitliyin olmadığı Liviyada may ayında istefada olan general Xəlifə Haftərin Zintanda könüllülərlə birlikdə başladığı dövlət çevrilişi cəhdinin qarşısı Tripolidəki mərkəzi hakimiyyət tərəfindən alınmışdı.
 
Hadisələrdən sonra biri Tobrukda (Nümayəndələr Məclisi) digəri Tripolidə (Ümummilli Konqres) olmaqla iki məclisin fəaliyyət göstərdiyi ölkədə, paytaxtdakı Ümummilli Konqresin dəstəklədiyi Liviya Şəfəqi (Fəcri Liviya) Koalisiyası ilə Tobruk Nümayəndələr Palatasının dəstək verdiyi general Haftərə bağlı "Şərəf Əməliyyatı" koalisiya arasında qarşıdurmalar davam edir.

Google+ WhatsApp ok.ru