Ər-Riyadda qeyri-adi məscid tikilir

Unikal dizayna malik məscid Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda (KAPSARC) kral Abdullah adına Elmi-Araşdırmalar Mərkəzinin əcnəbi əməkdaşları üçün tikilən yeni yaşayış massivinin əsas görməli yeri olacaq
İslamazeri.az-ın məlumatına görə, NOK memarlıq şirkəti tərəfindən hazırlanan beynəlxalq layihə ictimai təyinatlı 10 bina, 200 ev, Məscid və kitabxanaların tikintisini nəzərdə tutur.
Məscid mərkəzi bağın ortasında yerləşir.
Məscidin fasadı qeyri-adi dərəcədə gözəl, ikitərəfli, şəbəkə şəklində hörülmüş naxışlardan ibarətdir. O, meydandan dərin olmayan və su güzgüsü olan hovuzla ayrılır. Məscidə girmək üçün daş pilləli şüşə körpüdən keçmək lazımdır. Oraya keçərkən, sanki, suyun hamar səthində üzürsən. /
 

 

Google+ WhatsApp ok.ru