Seriallara aludəliyin əsas səbəbi nədir?

Ostində Texas Universiteti seriallara aludəliyin (binge-watching) səbəblərinə dair tədqiqatların nəticələrini dərc edib. “Variety” jurnalı yazır ki, alimlər bir neçə seriala ardıcıl baxmaq istəyi ilə depressiya və tənhalıq arasında əlaqə olduğunu müəyyən ediblər.
 
Tədqiqatın müəllifi Sun Yön-hi yazır: “Serialların əsirinə çevrilməkdə qorxulu bir şey olmadığını çoxları təsdiq etsələr də, tədqiqatımız göstərdi ki, cəmiyyət seriallara dalbadal baxmaq fenomenini yenidən nəzərdən keçirməlidir”.
 
Eksperimentdə 18-29 yaş arasında 300 könüllü iştirak edib. Alimlər tədqiqatın nəticələrinə əsasən bir neçə seriyaya ardıcıl baxmaq ilə həddən artıq yorğunluq, piylənmə və özünə nəzarətin çatışmazlığı arasında əlaqəni üzə çıxarıblar.
 
Film istehsalçıları da televiziya tamaşaçılarında daha tez-tez müşahidə olunan serialları “udmaq” meylini nəzərə alırlar. 2013-cü ildə “Netflix” video servisi “Kart ev” serialının bütün birinci sezonunu təqdim etməklə sənayedə gurultu qopardı.

Google+ WhatsApp ok.ru