“Ukraynanın ərazi bütövlüyündə güzəşt olmayacaq”

Avropa Birliyi (AB) Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştə getməyəcək. Avropa Birliyi və ABŞ ukraynalıları müdafiə eləmək üçün çiyin-çiyinə durmaqda davam eləməlidirlər.
 
Bu bəyanatla Avropa Birliyinin başçısı Donald Tusk Brüsseldə ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşü zamanı verib.
 
“Ukraynada vəziyyət gündən-günə pisləşir. Yaxın dostlar və tərəfdaşlar kimi AB və ABŞ öz səylərini koordinasiya eləməklə Rusiyaya təzyiqləri lazım olan qədər uzun müddətə davam etdirməlidirlər. Biz təcavüzün heç bir formasını, xüsusən də bir dövlətin başqa dövlətə qarşı təcavüzünü qəbul eləmirik. Biz Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi məsələsində hər hansı güzəştə gedə bilmərik”, - deyə o, qeyd edib./

Google+ WhatsApp ok.ru