Ərəbistanda Corona virusu yayılıb: 4 ölü

Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanında ağır kəskin tənəffüs yolu çatışmazlığı sindromu (SARS) xəstəliyinin mənbəyi olan Corona virusuna yoluxan 4 nəfərin öldüyü bildirilib.
 
Səhiyyə Nazirliyinin internet saytında yer alan açıqlamada son 24 saatda virus səbəbiylə Ər-Riyadda 3, Beridə şəhərində 1 nəfərin həyatını itirdiyi bildirildi.
 
Açıqlamada vəfat edənlərin 3-nün Səudiyyə Ərəbistanı vətəndaşı olduğu, 4-cünün isə hələ müəyyən edilmədiyi deyilir.
 
 Xəstəliyin ortaya çıxdığı 2012-ci ilin xentyabr ayından bu yana virusa yoluxanların sayının 931, ölənlərin sayının 400 olduğu qeyd edilən bəyanatda, 502 nəfərin sözügedən xəstəlikdən sağaldığı, 29 nəfərin müalicəsinin isə davam etdiyi bildirilir.
 
 Səudiyyə Ərəbistanı başda olmaqla Yaxın Şərq ölkələrində çüşahidə olunan virus, ağciyərləri və böyrəkləri xarab edir. İmmunitet sistemini çökdürən virusun uzun müddətli yaxın təmasla yoluxduğu bildirilir. Mənbəyi haqqında kifayət qədər məlumat olmayan virusa qarşı hələ qoruyucu peyvənd və ya dərman müalicəsi yoxdur.

Google+ WhatsApp ok.ru