Əfqanıstanda intihar hücumu

Əfqanıstanın Host şəhərində etiraz aksiyası zamanı təşkil edilən intihar hücumunda 16 nəfər həyatını itirib, 40 nəfər yaralanıb.
 
Maide.az xəbər verir ki, Host meriyasının sözçüsü Mubariz Zadran açıqlamasında Meriya binasının önündə qubernator vəkili Əbd Cabbar Nayimiyə qarşı təşkil olunan etiraz zamanı, bir intihar nümayişçinin üzərindəki bombanı partlatdığını deyib.
 
Hücumda 16 mülki vətəndaşın öldüyünü bildirən Zadran, "Hadisədə 40 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır, ölü sayı arta bilər", - deyib.
 
Yaralılar arasında bir millət vəkilinin də olduğu bildirilib.
 
Hücumdan sonra şəhərdəki bütün iş yerləri bağlanıb, əfqan polis və hərbi təhlükəsizlik tədbirlərini artırıb.
 
Hücumu hələ üzərinə götürən olmadı.

Google+ WhatsApp ok.ru