Ənnusrə terror təşkilatının rəhbərlərindən biri öldürülüb

Maide.az-ın məlumatına görə, Livanın şimalındakı Tripoli şəhərində Ənnusrə cəbhəsi terror qrupunun başçılarından olan Əbu Ömər Mənsur livanlı təhlükəsizlik təşkilatlarının əməliyyatında öldürülüb. 
 
Həmçinin Livan ordusunun qüvvələri dünən Livanın şimal-şərqindəki Rəsul Bəəlbək daxil olmaqla Livan-Suriya sərhədlərində yerləşən bir neçə istiqamətdə döyüşlər aparıb və onlarla terrorçu öldürülüb.
 
Terrorçu qrupların Suriyanın Əl-Qələmun yüksəkliklərindən Livanın sərhəd məntəqələrinə basqını onlarla Livan vətəndaşı və livanlı hərbçinin oğurlanması, öldürülməsi və yaralanması ilə nəticələnib. Ötən ilin yayında bu ölklənin Ərsal və Rəsul Bəəlbək məntəqələrinə basqından sonra Livan Hizbullahının qüvvələri kəşfiyyat orqanları və terrorçu qruplarla mübarizə üçün xüsusi təyinatlı təhlükəsizlik planlarını icraya qoyublar.

Google+ WhatsApp ok.ru