Şəkinin keçmiş icra başçısı və “Azərinşaat” MMC-nin rəhbəri həbs edildi

Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev Bakıda həbs olunublar..
 
Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı və M.Əliyev barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
 
Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
 
M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
 
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.
 
Qeyd edək ki, Mehdi Əliyev Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın adamı sayılırdı. M.Əliyev C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunur./

 

Google+ WhatsApp ok.ru