“Azneft”ə gedən yol bağlanır

Bakıda daha bir yol müvəqqəti bağlanır.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mikayıl Useynov prospektinin Bayraq meydanından “Azneft” dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Sürücülərə alternativ olaraq Xanlar küçəsindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru