Sabah Bakıda 26, rayonlarda 29 dərəcəyədək isti olacaq 18 May 2015 01:00 Xəbərlər Mayın 19-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq Havanın temperaturu gecə 11-15, gündüz 21-26 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-29, dağlıq və dağətəyi rayonlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Teqlər : #Sabah Bakıda 26,#rayonlarda 29 dərəcəyədək isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Azneft”ə gedən yol bağlanır Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq