Əfqanıstanda “Taliban” döyüşçülərinin hücumları nəticəsində on polis həlak olub, üçü girov götürülüb

Əfqanıstanda “Taliban” döyüşçülərinin hücumları nəticəsində ən azı 10 polis əməkdaşı həlak olub.
 
Hadisə Əfqanıstanın cənubundakı Gilment əyalətində baş verib.
 
Taliblərin Sangin rayonunda 10-dək polis postuna hücum etdiyi xəbər verilir.
 
Terrorçular daha 3 polisi girov götürüblər.
 
Qeyd edək ki, radikal yönümlü “Taliban” hərəkatı Əfqanıstan ərazisində irimiqyaslı terrorçuluq fəaliyyəti göstərir.

Google+ WhatsApp ok.ru