Əfxəm: Sionist rejimin Fələstin xalqının səsini batırmaq cəhdi əbəsdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm dünən bir sionist məhkəmə tərəfindən Fələstin parlamentinin sədri Əziz Əlduvayik əleyhinə hökmünü zalımcasına və qanunsuz adlandıraraq, onu pisləyib.

Maide.az-ın məlumatına görə, Əfxəm sionist rejim məhbəslərindəki minlərlə fələstinli məhbusun vəziyyətinin acınacaqlı olduğunu bildirərək, Fələstin xalqının seçilmiş nümayəndələrinin həbsinin davam etməsi üçün əsassız hökmlərin verilməsini bu rejimin Fələstin xalqının haqsevər səsini batırmaq üzrə kobud və əbəs hərəkət adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü habelə beynəlxalq, hüquq və parlament orqanlarının bu məsələyə ciddi reaksiya vermələrini istəyib. O, həmçinin sionist rejimin fələstinli məhbuslara qarşı özbaşına hərəkətlərinin dayandırılması üçün təzyiqin və təsirli fəaliyyətin göstərilməsinə çağırıb. Sİoinst rejimin hərbi tribunalı bir hökmdə Fələstin parlamentinin sədri Əziz Əlduvayiki bir il həbsə və təqribən 1500 dollar məbləğində cərimə ödəməyə məhkum edib.

Sionist rejimin başçıları Həmas-ın baş məsul şəxslərindən olan Əlduvayiki ötən ilin iyununda Qərb sahilində həbs ediblər. Əlduvayikin və Fələstin parlamentinin onlarla digər məsul şəxsinin həbsi Əlxəlil yaxınlığında üç sionist qəsəbə sakininin oğurlanmasından sonra həyata keçirilib.

Google+ WhatsApp ok.ru