Ərdoğanın sarayı qanunsuz tikilibmiş 27 May 2015 01:00 Dünya Türkiyə Ali Məhkəmə Şurası Ankara məhkəməsinin “Ak Saray” prezident sarayının tikintisinə icazə verən qərarını ləğv edib. Bu barədə “RİA Novosti”yə Türkiyə Memarlar Palatasının Ankara şöbəsinin rəhbəri Tüzcan Candan bildirib. Qeyd edək ki, Ankarada qorunan “Atatürk” meşə təsərrüfatının ərazisində prezident sarayının tikintisinə qarşı çıxış edən Türkiyə Memarlar Palatası Ali Məhkəmə Şurasına Ankara məhkəməsinin prezident sarayının tikintisinə icazə verən qərarının ləğv edilməsi iddiası ilə müraciət etmişdi. “Qorunan ərazilərdə hər hansı tikintinin aparılması qadağan olunsa da Ankara məhkəməsi prezident sarayının tikintisi məsələsində bu məhdudiyyəti götürmüşdü. Bu gün yuxarı məhkəmə instansiyası bu qərarı ləğv edib. İndi Türkiyə qanunsuz tikilən sarayın aqibətini müəyyən etməlidir”, deyə Tüzcan Candan bildirib. Candan əlavə edib ki, verilən qərarın analoji işlərin baxılması üçün presedent olacağına əmin olduğunu bildirib. “Ak Saray” prezident sarayının tikintisi 2011-ci ildə başlayıb. Sarayda baş nazirin dəftərxanasının yerləşəcəyi bildirilsə də Rəcəb Tayyip Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra binanı prezident iqamətgahı elan edib. Prezident sarayının tikintisini tənqid edən müxalifət partiyaları tikinti işlərinə böyük vəsaitlərin xərcləndiyini iddia edirlər. Maliyyə naziri Mehmet Şimşək sarayın tikintisinə 615 mln dollar xərcləndiyini bildirib. Teqlər : #Ərdoğanın sarayı qanunsuz tikilibmiş, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyaya məxsus döyüş təyyarələri 140-dan çox İŞİD terrorçusunu məhv edib Liviyanın baş nazirinə sui-qəsd olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO