“İNSAN AZADLIĞI VƏ YAXIN ŞƏRQDƏ BAŞ VERƏN OLAYLAR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Maide.az-ın "İslaminsesi"nə istinadən verdiyi məlumata görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnsan azadlığı və Yaxın Şərqdə baş verən olaylar” mövzusunda dəyirmi masa keçirilib.
 
Dindarların və siyasi partiya liderlərinin iştirak etdiyi tədbir Quran tilavəti ilə başlayıb.
 
Tədbiri Azərbaycan İslam Partiyasının (AİP) siyasi məsələlər üzrə müavini Akif Heydərli açıb.
 
O, qonaqları salamlayıb, sözü AİP sədr əvəzi Elçin Manafova verib. Elçin Manafov zindanlarda yatan vətənpərvər insanların bu halına təəssüf etdiyini bildirib. O, Şeyx Ayətullah Nimrin timsalında bütün əhlibeytsevər, azadlıqsevər, ədalətsevər insanların zindana atılmasını pisləyib və gələn qonaqlara təşəkkürünü çatdırıb.
A.Heydərli Qərb dövlətlərinin, ABŞ-ın islama qarşı riyakar, aqressiv siyasətini pislədi: “Onlar təriqətlər arasında təfriqə salmaqla, müxtəlif müsəlman ölkələrində hakmiyyətpərəst insanların tamahından istifadə edib daim parçalmağa çalışırlar”.
 
Daha sonra Səudiyyə Ərəbistanında edam hökümünə məruz qalan islam alimi Ayətulah Şeyx Nimr haqqında çıxarılan hokmü ədalətsiz adlandıran A.Heydərli bunu müqəddəs imamlarımıza qarşı törədilən ədalətsizliyin davamı adlandırdı: “Şeyx Nimrin timsalında bütün dünyada islamsevərlərə qarşı belə haqsızlıq hokm sürür. Çox təəssüf ki, ölkəmizdə də islamçıların həbsi ürəyimizi ağrıdır.
 
Söz AİP-in keçmiş sədri, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuriyevə verdi. O, Qarabağ döyüşündə şəhid olanları, islam şəhidlərini xatırladı. Daha sonra Şeyx Nimrin Mədinə şəhərindəki İmam Hüseyn məscidində görüşündən danışdı: “Mədinə şiələr üçün zindandır. Şeyx Nimr haqsızlıqlara etiraz etdiyi üçün həbs olundu.
 
Son iki ayda Yəmən hadisələri sübut etdi ki, bu ölkə eyni zamanda İsrailin, ABŞ-ın köləsidir.
 
Axı heç Şeyx Nimrin Səudiyyə Ərəbistanına etiraz etməyə imkanı da yoxdur. Hündür, daş hasarların arxasından o, nə edə bilərdi axı?
 
Bu gün Səudiyyə ABŞ-a söz verir ki, Şeyx Nimrə çıxarılmış edam hökmünü yerinə yetirəcəklər.
 
Amma bu mümkün deyil. Şeyx Nimrin ölümü islam aləmində, eləcə də bütün dünyada böyük çaxnaşmaya səbəb olacaq”.
 
Hacı Hacıağa Nuri sonra üzünü mətbuata tutub dedi: “Mətbuat həqiqəti çatdırmalıdır oxuculara. Vaxtilə Səddam Hüseyni islam xilaskarı adlandırdılar. Amma biz insanları inanıdra bilmirdik ki Səddam müsəlman deyil, qana susamış quduzdur”.
 
Bu gün dindar şəxsiyyətlər həbsdədir. O insanlara çox ağır cəza verilib.
 
Axı onlar dövlət malını mənimsəməmişdilər.
 
İslam məhbuslarından biri həbsxanada şəhid oldu. İndi məhbusların çoxunun vəziyyəti ağırdır. Sabah, bir gün yeni şəhid verəndə ölkədə qarşıdurma yarana bilər. Ölkə başçısından xahi edirik ki üzünü islam məhbuslarına tustsun və onları bağışlasın.
 
Quran hafizi Hacı Zülfüqar Mikayılzadə isə bütün dünyada böyük qüdrətlərin azadlığı uğrunda döyüş getdiyini bildirdi: “Biz o zaman dəyərlərin həqiqi carçıları olarıq ki, həmin dəyərlərin yanında olaq.
 
Çünki bizim quranımız bunu öyrədib bizə. İmam Əli (ə) bir dəyəri ayaq altına atmaqla qələbə çala bilərdi, amma o, atmadı bu addımı.
 
Qurani Kərimin “Kəhf” surəsində bizə nümunə göstərilən insanlar peyğəmbər deyildilər, amma dəyəri qoruyan idilər.
 
İnşallah, Şeyx  Nimr də mübarizəmiz nəticəsində azad olar, zalım öz cəzasını alar”.
 
AXP sədri Pənah Hüseyn isə Azərbaycan Xalq Cəbhəsinin (AXC) iqtidarda olduğu dövrdə Azərbaycanın birləşdiyini və güclü olduğunu bildirdi: “Biz AXC vaxtında birgəydik. Birgəydik və xalqımıza söykənmişdik. Odur ki, böyük uğurlar əldə edirdik. Sonra Azərbaycan parçalandı. Azərbaycanlılar şiələrə, sünnilərə, İrana, Türkiyəyə meyilləri ilə parçalandılar”.
 
P.Hüseyn Azərbaycanda zindanda yatanların arasında dindarların çoxluq təşkil etdiyini bildirdi: “Müsəlman aliminin cibinə narkotik qoyaraq həbs edirlər, bu mənə çox pis təsir edir”.
 
Daha sonra əfv məsələsinə toxunan AXP sədri buna o qədər də önəm vermədiyini vurğuladı: “Əfv ərizəsi olanda nə olacaq. Beş-altı nəfəri əfv edəəklər,əvəzində 50-60 nəfəri həbs edib basacaqlar içəri. Onsuz da bu hakmiyyət hamımızı tutur. Elə ona görə də biz birləşməliyik və birgə mübarizə aparmalıyıq”.
İlahiyyatçı, höccətülislam Sərdar Hacıhəsənli günahsızların ancaq çirkli cəmiyyətlərdə cəzalandırıldığını dedi: “Günahsızın cəzalandırılması cəmiyyətin strukturasının xirtdəyə qədər çirkabın  içində olduğunu göstərir. Biz əslində əfv fərmanının ummuruq. Günahı olmayana bəraət verilməlidir, günahı olanlar əvf olur”.
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistan prezidentinin “Qarabağ azərbaycanlılar üçün ərazidi, amma bizim üçün vətəndi” fikiri ilə şərik olduğunu bildirdi.
 
Müsəlman Birliyinin sədr əvəzi Hacı Elçin Şeyx Nimirin həbsinə etiraz etdi və Səudiyyə Ərəbistanını müsəlman qanı tökməkdə suçladı.
 
Tədbir iştirakçısı, VİP sədri Əli Əliyev siyasi məhbuslar mövzusunun onun üçün hər zaman aktual olduğunu qeyd etdi: “Mövzu aktual mövzudu, dəfələrlə görüşlərimdə siyasi məhbuslar mözusunu qabartmışam.
 
Azərbaycan 25 ildir müstəqillik əldə edib bu böyük dəyərdi.
 
Azərbaycan vətəndaşının birinci işi xalqı haqsızlığa qarşı ayağa qaldırmaqdır.
 
Bizi məzhəblərə məqsədlərə böldülər, ondan da bizim məğlubiyyətimiz başladı.
 
Biz hamımız müxalifik. Biz hamımız bu hakmiyətin apardığı haqsız siyasətə qarşıyıq, amma dövlətimizə qarşı deyilik. Dövlətmizi sevirik.
 
Azərbaycanın hansısa öllkəyə kələ atmasını istəmirəm biz ayağa qalxmağı bacarmalıyıq və öncə günahszı məhbusların azad edilməsinə çalşımalıyıq.
 
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə Qarabağ nisgilindən söz açdı: “Ən böyük dərdimiz Qarabağ dərdidir.
 
Mən vətənsiz zəngilansız ölü canlıyam.
 
Bu gün Azərbaycanın başına gətirilənlər bir daha göstərir ki düşmənin arxasında böyük güclər dayanır”.
 
Daha sonra Azadlıq prospektində baş verən yanğından danışan şura sədri Azərbaycanda insanların güvənsiz yaşamını tənqid etdi.
Nardaran Ağsaqqalar Şurasının sədri Kərbəlayi Natiq zindanda olan insanların bu günki cəmiyyətimiz üçün çox vacib şəxs olduqlarını önə çəkdi: “Bu gün zindanda yatan, günahsız yerə həbs edilənlər o qədər dəyərli, o qədər üstün zəkaya malikdirlər ki, hətta məhbusdakı günahkarları təmizlənib, cəmiyyətə saf şəkildə qayıtmasına  səbəb olublar.
 
Biz Azərbaycanda qanunun aliliyi olan dövlətin olmasını istəyirik. Biz insanlıq hüququnun qorunmasını istəyirik başqa heç nə istəmirik”.
 
İlahiyyatçı Hacı İlham çıxışında vurğuladı ki, özünü dərk edən insan azadlıq uğurunda mübarizə aparmalı, məzlumu zülümkardan qorumalıdır.
 
İlahiyyatçılardan Hacı Əfqan və Hacı Musarza da şərlənərək həbs edilən Azərbaycan dindarlarının hüquqlarının müdafiəsinə səslədi.

Google+ WhatsApp ok.ru