Nardaranda Şeyx Nimrə və Yəmənə dəstək aksiyası keçirildi - FOTO

Maide.az-ın verdiyi məlumata görə, bu gün Bakının Nardaran kəndində Yəmən xalqına dəstək və Ərəbistanın nüfuzlu din alimlərindən olan Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarına etiraz ediblər. Keçirilən aksiyada çıxış edənlər bu gün müsəlman aləmində baş verən bir sıra hadisələr, o cümlədən Səudiyyə və onunla həmrəy olan bir neçə dövlətin Yəmən xalqının başına göydən od yağdırmaqlarının nə müsəlmançılığa, nə də insanlığa yaraşan davranışlar olmadığını bəyan ediblər. Qeyd olunub ki, Ayətullah Şeyx Nimr haqqında verilən edam qərarı bütün İslam aləmində ciddi əks-səda yaradıb. 
Aaksiyada iştirakçılar "Ali-Səuda ölüm!", "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarlarını səsləndirərək səudiyyəlilərin məzlum və müsəlman Yəməndə Amerika və İsrailin dəstəyi ilə cinayətlər törətmələrini pisləyib və beynəlxalq dairələr və insan haqlarının yalançı iddiaçılarını bu cinayətlərə və məzlum müsəlmanların qırğınına etinasız qalmalarını sərt tənqid ediblər. 
Aksiyanın bəyanatında deyilir ki, Nardaran camaatı bütün sülhsevər və ədalət axtaranlarla yanaşı bu haqsızlıqlara etiraz edir, Yəmən xalqının yanında olduqlarını bəyan edərək, bütün qanunsuzluqlara son verilməsini, eyni zamanda Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarının tez bir zamanda ləğv edilərək, dəyərli İslam aliminin azadlığa buraxılmasını tələb edir.
Etirazçılar sonda ABŞ və qəsbkar sionist rejimin bayraqlarını yandırıblar.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru