Ərəbistanın Yəmənə son hücumlarında 70 nəfər şəhid olub

Maide.az-ın məlumatına görə, Ərəbistan qırıcılarının Sənada xüsusi təyinatlı qüvvələrin mərkəzinə olan hücumları zamanı 40 nəfər şəhid olub, 100 nəfər isə yaralanıb. 

Həmçinin, Yəmənin Həccə vilayətində Bəkil əl-Mir məntəqəsinə qarşı hava hücumları zamanı 30 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Ərəbistan qırıcılarının Yəmənin əl-Hədidə vilayətində Tibb Universitetinə olan raket hücumları zamanı da onlarla nəfər ölüb və yaralanıb. 

Bu arada Yəmənin "Azadlıq Evi" müəssisəsi Ərəbistanın Yəmənə olan hücumlarında həlak olanların sayı ilə bağlı 7-ci statistik hesabatında bildirib ki, indiyə kimi Yəməndə 4021 nəfər Ərəbistanın hücumları zamanı şəhid olub, 7017 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru