“Veteranlıq vəsiqəmi girov qoyub bankdan kredit götürmüşəm” (VİDEO)

23 il keçəndən sonra müharibədə iştirak etdiyini təsdiqlətsə də 12 il boyunca ona çatacaq müavinətdən məhrum edilən Qarabağ qazisi

Etibar Sadıqov Qarabağ müharibəsindən 23 il keçəndən sonra müharibədə iştirak etdiyini təsdiqlədə bilir. Amma 12 il boyunca ona çatacaq müavinətdən məhrum edilir. Sabirabad rayon sakini, 2001-ci ildə prezidentin göstərişi ilə Qarabağ veteranlarına müavinət ayrıldığını bildirir. Onun sözlərinə görə aidiyyatı orqanlara yazdığı məktublarda onun Qarabağ veteranı olmamasını əsas gətirərək, həmin pulu verməkdən imtina ediblər.
 
49 yaşlı Etibar Sadıqov deyir ki, 2013-cü ildə Daxili İşlər Nazirliyinin arxiv idarəsindən sənədləri təqdim etdikdən sonra ona müavinət verilib. 12 ilin müavinəti isə hələ də verilmir. Müraciətlərinə isə cavab olaraq deyiblər ki, siz müharibə veteranı deyilsiniz. Arxivi araşdırmışıq, siz müharibədə olmamısınız. Şikayətçi Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, ombudsmana, prezidentə müraciət edib. Heç bir cavab verilməyib.
 
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə telefon danışığımız zamanı suallarımıza cavabında bildirdi ki, Etibar Sadıqova herbi vəsiqənin teqdim edildiyi vaxtdan müavinət verilir. Bu da tam qanunidir. Ondan öncəki müddətə görə heç bir müavinət verilməməlidir.
 
Etibar Sadıqov isə dolanışığın pis olmasına görə veteran vəsqəsini banka girov qoyaraq kredit götürüb.

Google+ WhatsApp ok.ru