Azərbaycanda külәk parkı işə salınıb

2015-ci il mayın 25-də Xızı rayonunun Yeni Yaşma ərazisində tikilmiş, layihə gücü 50 MVt olan külәk parkında Alternativ və Bәrpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindәn bütün stansiya tam sınaqdan keçirilib və artıq 2,5 MVt-lıq bir әdәd külәk turbini işә salınıb. ABOEM- dan verilən xəbərə görə, ölkәmiz üçün әlamətdar olan Respublika Günündə ABOEM sahəsi üzrə  böyük miqyaslı bu layihәnin ilkin olaraq işlək vәziyyәtә gәtirilmiş külәk turbini külәk enerjisindәn elektrik enerjsi istehsal edәrәk artıq ümumi elektrik şәbәkәsinә ötürmәyә başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikanın ümumi enerji şəbəkəsinə qoşulacaq.
 
“Azərbaycanın karbohidrogen enerji resursları ilә zәngin olmasına baxmayaraq ABOEM hesabına istehsal olunan enerji ilә milyonlarla kub metr qaza qәnaәt ediləcək. Ötәn il әrzindә ölkәdә bәrpa olunan enerji mәnbәlәrindәn istifadә etmәklә 1,5 milyard Kvt/saatdan çox elektrik enerjisi istehsal olunub ki, nəticә olaraq 500 milyon kub metr qaza qәnaәt edilib”, deyə ABOEM-nin məlumatında bildirilir.

Google+ WhatsApp ok.ru