“Facebook”dan Türkiyədəki parlament seçkiləri üçün yenilik

“Facebook” sosial şəbəkəsi 7 iyunda Türkiyədə keçiriləcək parlament seçkiləri üçün “səs verirəm” (oy veriyorum) funksiyasını aktivləşdirəcək.
Maide.az xəbər verir ki, Türkiyədə 38 milyondan çox istifadəçisi olan “Facebook” bununla da seçicilərin səs vermələri haqqında dostlarına məlumat paylaşmalarına şərait yaradacaq.
Yenilik haqqında danışan “Facebook”un Avropa, Yaxın Şərq və Afrika regionu üzrə mütəxəssisi Elizabet Linder bildirib ki, “səs verirəm” düyməsi seçicilərin səs vermələri haqqında məlumatı daha asan şəkildə paylaşmalarını təmin edəcək və digərlərini də səs verməyə getmək üçün təşviq edəcək.
Onun sğzlərinə görə, “səs verirəm” düyməsi Amerikada prezident seçkilərində, Avropa Birliyin parlament seçkilərində, Şotlandiya, İngiltərə və Hindistanda keçirilən seçkilkərdə də tətbiq edilib və müsbət təsiri olduğu sübut edilib. Məsələn, “Nature” jurnalının araşdırmalarına görə, 2010-cu ildə Amerikada keçirilən seçkilərdə 300 mindən çox seçicinin “Facebook”dakı dostlarının “səs verirəm” vasitəsilə paylaşdığı məlumatı gördükdən sonra səs verməyə getdikləri məlum olub./

Google+ WhatsApp ok.ru