Beyin əməliyyatı keçirən şəxs gitara çaldı

Braziliyalı gitaraçı əməliyyat zamanı həkimlərə konsert verdi.

Maide.az xəbər verir ki, braziliyalı gitaraçı Antoni Kulkamp Dias beyin əməliyyatı keçirən zaman sevimli gitarasından ayrılmayıb. O həkimlər və tibb bacıları üçün müxtəlif mahnıları ifa edib.

33 yaşlı gitaraçı əməliyyatdan sonra bu sözləri dilə gətirib:

“Gitara çalmağım sayəsində əməliyyat zamanı hiss qabiliyyətim oyaq qaldı və həkimlər beynimdəki hiss üzvlərinə zərər dəymədən şişi götürə bildilər”, - deyə Dias söyləyib./

Google+ WhatsApp ok.ru